Dublintedst
“Bosson” MMC tikinti, inşaat, daşınmaz əmlak və dizayn sahələrində bir sıra layihələr həyata keçirən şirkətdir. Fəaliyyətinə ilk dəfə 1995-ci ildə inşaat materiallarının pərakəndə satışı üzrə başlamışdır. “Bosson” istehsal etdiyi bütün məhsullara zəmanət , keyfiyyət və etibarlılıq prinsipi ilə yanaşır. Məhsullarını ispan texnologiyası əsasında müasir avadanlıqlarla istehsal edir. Şirkət Azərbaycanda ilklərin sahibidir: Azərbaycanda ilk dəfə 3D hovuz inşası ilə elastik izolyasiya qatlı dekorlu mozaikanı döşəməyə vuraraq, bir yeniliyə imza atmışdır.
“Bosson” öz biznesini effektiv və hüquqi investisiya qərarları əsasında qurur. Şirkət Azərbaycanda iqtisadiyyatın inkişafında öz töhfəsini verməkdədir. “Bosson” bir sıra yerli və beynəlxalq sifarişlərin sahibi və icraçısıdır. “Bosson” şirkətinin təcrübəli əməkdaşları bir neçə dəfə ölkə xaricində beynəlxalq sahibkarlar konfranslarında iştirak etmiş, öz uğur qazanma təcrübələrini və strategiyalarını universitetlərdə paylaşaraq, tələbələrinin maarifləndirilməsi üçün mühazirələr həyata keçirmişdir. “Bosson” MMC həmçinin Avropa texnologiyasının Azərbaycanda tətbiqini həyata keçirərək, ölkənin yüksək bacarıqlı kadr ehtiyatının formalaşmasında da öz müsbət töhfəsini verməkdədir. Şirkət ictimaiyyətlə əlaqələr(PR), imic və istehsalat prinsiplərinə dərin önəm verməkdədir.
Bİzİmlə əlaqə
Bosson MMC-nin həyata keçirdiyi daha bir uğurlu layihə "Bilgah Beach Hotel" layihəsidir.
Bosson MMC tikinti, inşaat, daşınmaz əmlak və dizayn sahələrində bir sıra işlərə imza atmışdır.