“Bosson” MMC  tikinti, inşaat, daşınmaz əmlak və dizayn sahələrində bir sıra layihələr həyata keçirən şirkətdir. Fəaliyyətinə ilk dəfə 1995-ci  ildə inşaat materiallarının pərakəndə satışı üzrə başlamışdır. “Bosson” istehsal etdiyi bütün məhsullara zəmanət , keyfiyyət və etibarlılıq prinsipi ilə yanaşır. Məhsullarını ispan texnologiyası əsasında müasir avadanlıqlarla istehsal edir. Şirkət Azərbaycanda ilklərin sahibidir:  Azərbaycanda ilk dəfə 3D hovuz inşası ilə elastik izolyasiya qatlı dekorlu mozaikanı döşəməyə vuraraq, bir yeniliyə imza atmışdır. Bununla da, şirkət ölkədə müvəffəqiyyətli biznes nümunəsini nümayiş etdirir. “Bosson” yarandığı vaxtdan bəri istehsal etdiyi məhsullarla öz profili üzrə ölkənin ilk mozaika-dizayn şirkətlərindən biridir.